Hadisə

“CAMAATI ALDATMAYIN!” – MÜŞTƏRİDƏN “189” TAKSİ ŞİRKƏTİNƏ …

“Çox hörmətsiz 189 TAXI xidməti. Mən sizdən şikayət yazmaqdan, şikayət etməkdən bezdim. Amma sizin xidmət mənim əsəblərimi korlamaqdan bezmir ki, bezmir”.

Tia.az-ın xəbərinə görə, müştəri Piruzə Quliyeva belə yazıb. Onun sözlərinə görə, xidmətiniz hər tərəfli olaraq bərbaddır: ” İstər çağrı mərkəziniz olsun, istər sürücüləriniz, istər xəritənin, istərsə də qiymətləriniz. Qeyd edim ki, korporativ sifarişlər üçün yalnız sizin xidməti istifadə edirəm, digər hallarda yolum belə düşməz.

Dəfələrlə xəritə ilə bağlı problemlərlə qarşılaşmışam, sözlə ifadə ediləsi, deyiləsi deyil. Bir dəfə küçə qeyd etməyimə baxmayaraq fərasətsiz call centre küçəni tapa bilməyib, yəni xəritədə çıxmayıb həmin küçə, taksi sürücüsü Mehdiabadda düşüb yoldakı maşınlardan gedəcəyimiz ünvanı soruşurdu, taksi sürücüsü yoldan ünvan soruşur, xəritə ola ola.

Nə isə, keçirəm ən son şikayətimə. Altıncı gün sifariş verildi Port Baku-dan Albalıya. Gördüm ki, mesaj gəlmir, dedim yəqin aktiv saatlardır, yenə gecikir 189. Birdən taksi sürücüsü zəng etdi ki, sizdən bir az aralıdayam, gəlin, nəsə gəldim oturdum taksiyə. Məlum oldu ki, əslində taksinin smsi başqa nömrəyə gedib, həmin əməkdaş da mənim nömrəmi taksiyə verib ki, əlaqə saxlasın. Bu bir problem”

Şikayətçi deyir ki, taksi yol boyunca niyə 0 göstərir məbləğ deyə başımın ətini yedi, mesaj gedən qızla əlaqə saxladım, ona da deyiblər ki ümumi sistemdə problem var: ” Bu ikinci problem. Taksi Albalının yanına çatanda dedi ki, bəs xanım sizdə nağdsız deyil, pulu ödəməlisiz. Birinci çaşıb qaldım ki, nə deyir. Qapını bağlı saxlayan sürücü 2-3 dəq düşməyə aman vermədi ki, məndə sistemdə görünmür, pulu ödəməlisiz ona görə də. Bu üçüncü problem.
Bununla bağlı zəng edirəm şikayət etməyə çağrı mərkəzinə. İlk öncə mədəni şəkildə şikayətimi izah edirəm ki, cavab verən adamın söhbətin nədən getdiyindən xəbəri yoxdur. Xanım bunun qarşılığında hadisənin təfərrüatlarını bilmədən ilk olaraq hücuma keçdi. Nə bilirsiz sizə yalan deməyiblər, bəlkə həmin sifarişi verən səhv verib! Birinci onlayn dəqiqləşdirin, nə bilirsiz düz deyir kimi ifadələr işlətdi. Hiss olunur ki, hayasız call center əməkdaşı idi. Deyəsən, sizdə call centerlərə heç nə öyrədilmir. Deyəndə ki bəs bizə deyiblər sistemdə problem var. Yox xanım, hazırda sizin sifarişi görə bilirəm deyərək bizi təqsirli gördü. Yəni şikayət üçün zəng etdiyim halda borclu çıxan mən oldum.

Bilirəm, onsuz da düzələn deyilsiz. Amma yüksək xidmət göstəririk deyib boş reklamlarla da camaatı aldatmayın”.

Bənzər yazılar

Back to top button