“Messi ilə oynayanda yaşını unudursan”

by Aztoday Xəbər Portalı

PSJ-nin futbolçusu Marko Veratti komanda yoldaşı Lionel Messi haqqında danışıb.

Qol.az xəbər verir ki, o, “France Bleu”ya açıqlamasında 34 yaşlı hücumçunu tərifləyib:

“Həyat mənə dünyanın ən yaxşı oyunçusu ilə hər gün Parisdə oynamaq imkanı verdi. Fizika baxımından da o, yaxşı işləyir. Ancaq topu ayağında tutması daha da yaxşıdır. Messi ilə oynayanda yaşını unudursan. Bizə qarşı oynayanda da Messi güclü idi. Onun bacarıqlarından yararlanmalıyıq”.

Qeyd edək ki, Messi avqust ayında PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Bənzər Yazılar