Dünya

Britaniya ordusunda hərbçilər ixtisar edilir – Əsas vəsait PUA-lara xərclənəcək

Böyük Britaniya ordusunda hərbçilər planlı şəkildə ixtisar edilir.

Trend “Daily Express”ə istinadən xəbər verir ki, Müdafiə nazirliyi hərbi büdcəni 24 milyard funta qədər artırmağı planlaşdırsa da, vəsaitlərin bir hissəsini kiber silahlara və PUA-lara xərcləməyə üstünlük verəcək. Hərbi qulluqçuların sayı isə 81 mindən 72 min nəfərə endiriləcək.

Lakin hərbçilər bundan narahatdırlar. Onlar hesab edir ki, silahlı qüvvələrin “optimallaşdırılması” Britaniya ordusunun Finlandiyada və ya Botsvanada olduğu kimi müdafiə qüvvəsinə çevrilməsinə səbəb ola bilər:

“Böyük Britaniyada piyada və digər birliklərin sayı müəyyən səviyyədən aşağı salınacağı təqdirdə ölkə digər bölgələrdə qüvvələr yerləşdirə bilməyəcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button