Dünya

Əfqanıstan prezidenti talibançı məhkumları azad edəcəklərini elan etdi

Əfqanıstan prezidenti Əşrəf Qəni ABŞla Taliban arasında imzalanan saziş çərçivəsində talibançı məhkumların sərbəst buraxılacağını elan edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən martın 14-dən etibarən 1500 talibançı azad ediləcək. Əfqanlar arasında müzakirələrin başlamasından sonra isə hər iki həftədə bir 500 məhkum olmaqla qalan 3500 talibançı sərbəst buraxılacaq.

Açıqlamada Qəninin müzakirələri təşviq etmək və xoşniyyətli olduqlarını göstərmək üçün bu qərarı imzaladığı bildirilib.

İkinci mərhələdə azadlığa buraxılan məhkumlar qarşısında şərt qoyulduğu və yenidən qruplaşmalara qatılmayacaqlarına dair yazılı izahat alınacağı qeyd olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button