Dünya

Həbsxanada qiyam baş verib: 78 nəfər ölüb

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.

Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir.

Rəsmi Karakas hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verməyib.

Bənzər yazılar

Back to top button