İqtisadiyyat

Vüqar Oruc və Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 10 mart 2018-ci il tarixli Konfransı tərəfindən seçilmiş İdarə Heyətinin ilk iclası 28 mart 2018-ci il tarixində keçirilib.

Toplantıda İH üzvlərinin cavabdeh olduğu sahələr müəyyənləşdirilib. Nüsrət İbrahimovun təklifi ilə 2018-ci il fəaliyyət proqramı, yeni tədris kurslarının təşkili və xərclərin istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq məsələlərlə bağlı yekun sənəd qəbul olunub. AQC İdarə Heyətinin üzvləri- “Koneko Group” şirkətinin direktoru Vüqar Oruc və “ABAK Az CROWE Ltd” şirkətinin direktoru Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib. AQC hüquqi və fiziki şəxslər olan üzvləri üçün üzvlük haqqının məbləğini müəyyən edib.

Millət vəkili Xanhüseyn Kazımlı Qiymətləndiricilər Şurası, Vüqar Oruc Ekspertiza və Keyfiyyətə nəzarətin təminatı, Zamin Hüseynov xarici əlaqələr, İbrahim Quliyev təlim-tədris, Ramil Osmanlı layihələr, Vaqif Salmanov təşkilati, Fərid Rüstəmov – standartlar, Xəyal İsmayılov hüquqi, Elnur Əsədov əlaqələr üzrə sahələrin cavabdeh şəxsləri müəyyənləşdirilmişlər. (tia.az)

Bənzər yazılar

Back to top button