“Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar” – Deputat nazirləri tənqid etdi

by Aztoday Xəbər Portalı

“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışımıza çox etinasız yanaşır. Hərdən elə baxırlar, elə bil Tahir Kərimlini yol polisi saxlayıb”.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, heç kimin camaatın çörəyini kəsməyə ixtiyarı yoxdur: “Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar. Bir Tarif Şurası yaradıblar. Qiymətləri qaldırırlar, Tarif Şurasının arxasında gizlənirlər”.

T. Kərimli nazirlərin deputatın suallarına cavab verməməsindən də şikayətlənib: “Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək”.

Bənzər Yazılar