Dünyaİqtisadiyyat

Neftin qiymətində artım qeydə alındı

Bu gün qlobal əmtəə bazarında ticarət sessiyasının əvvəlində neft qiymətlərində artım qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, hərraca görə, Bakı vaxtı ilə 7.15-də Şimal Dəniz Brent markalı neftin qiyməti 3,3% artaraq bir barel üçün 23.5 dollara çatıb.

Qərbi Texas WTI markalı neft bu dəfə 13% artaraq 14 dollar/barel olub.

Bir gün əvvəl, Rusiya Federasiyası Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak OPEC ++ əməliyyatının may ayında qüvvəyə minməsinin bazarın tədricən balanslaşmasına təkan verəcəyini bildirsə də, yaxın gələcəkdə neft qiymətlərində ciddi artım gözləməyə dəymədiyini bildirib.

“Gözləyirik ki, may ayında OPEC ++ sazişinin qüvvəyə minməsi ilə bazar tədricən balanslaşacaq… Yaxın gələcəkdə isə məhsulun həddindən artıq yığılması səbəbindən qiymətlərdə ciddi artım gözlənilməməlidir”, – nazir deyib.

Bənzər yazılar

Back to top button