Siyasət

Şuşada çoxminlik Türkiyə hərbi bazası yerləşdirilməlidir

Ermənistanın Fransa və ABŞ hərbi kontingentini “Aİ mülki missiyası” və “ATƏT müşahidəçiləri” adı altında öz ərazində daimi yerləşdirmə cəhdləri Azərbaycana həm Rusiyanın Cənubi Qafqazda təsirini ləğv etmək, həm də Qərbin (Fransa və ABŞ) regiona təcavüzkar müdaxiləsini neytrallaşdırmaq baxımından imkanlar da yaradır.

Azərbaycan Rusiyadan ehtiyatlanaraq öz ərazisində Türkiyənin Qətərdəki kimi daimi fəaliyyət göstərən çoxminlik hərbi bazasının yerləşdirilməsini təmin edə bilməmişdi. 12-13 sentyabr hadisələrindən sonra Ermənistanın öz ərazisinə Qərb hərbçilərini çağırması Azərbaycana Türkiyə hərbi bazasının Şuşada yerləşdirilməsinə imkanlar (bəhanə) açır.

Ermənistanın son demarşlarından sonra Rusiya Türkiyə hərbi bazasının Azərbaycan ərazisində yerləşməsinə etiraz edə bilməz. Ermənistan özünün sentyabrdan sonrakı siyasətiylə Rusiyanın dilini gödək edib. Azərbaycan Ermənistan rəhbərliyinin məcaraçılığından maksimum yararlanıb Şuşa və Hadrutda Türkiyə hərbi bazasının yerləşdirilməsinə başlamalıdır.

Türkiyə hərbi bazası üçün Şuşanın seçilməsinin xüsusi əhəmiyyəti var. Son hadisələrdən sonra göründüyü kimi Rusiya Ermənistandan əli üzüləndə Xankəndindəki separatçılardan istifadə etmək planları qurur. Rusiyanın bu məkrli planlarını önləmək üçün Azərbaycan radikal addımlar atmalıdır yaxu bu addımların mesajını verməlidir.

İlkin olaraq Azərbaycan ultimatumla çıxış etməli və bu istiqamətdə geniş ictimai debatların aparılmasına start verməlidir. Rusiya görməlidir ki, onun Ermənistanı Xankəndiylə şirnikləndirib, yenidən öz yanına çəkmə cəhdləri daha ağır nəticələr doğura bilər.

Elnur Sadiqov

Bənzər yazılar

Back to top button