GündəmSağlamlıq

Azərbaycanda yoluxma yenə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib. 8 147 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 test icra olunub.

Son gündə koronavirus əleyhinə 28 411 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 332 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir.

Bənzər yazılar

Back to top button