GündəmHadisəManşet

Rusiya Azərbaycanın hakimiyyət nümayəndələrinə aeroportda əlavə yoxlanış tətbiq edib – Sərnişinlər etiraz edir

Bu gün saat 16:10-da Bakı-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri “Şeremetyevo” aeroportunda ciddi problemlə üzləşiblər.

Bu barədə sərnişinlər AzToday.az-a məlumat verib. Onların sözlərinə görə, Moskvaya enişdən sonra yoxlamada Azərbaycan vətəndaşlarının sənədləri alınıb və bu vaxta qədər geri qaytarılmayıb: “Bizi hələ də gözlətdirirlər”.

Maraqlısı budur ki, rus sərhədçilər Moskvaya iqtisadi foruma dəvət alan Azərbaycan hakimiyyət nümayəndələri də hər kəs kimi gözlətdirirlər. Özünü rəsmi nümayəndə kimi təqdim edənlər yoxlamada dəvətlə foruma gəldiklərini desələr də, buraxılmayıblar. Etiraz edəndə də bu sadəcə əlavə yoxlanışdır və tam qanunidir.

Soydaşlarımız deyir ki, aeroportda saxlanılan və gözlətdirilənlər yalnız Azərbaycan vətəndaşlarıdır, başqa heç bir ölkənin vətəndaşlarına bu aşağılayıcı davranış tətbiq olunmur.

Bənzər yazılar

Back to top button