Siyasət

Deputat: İran Prezidentinin Azərbaycana səfəri iki ölkənin əməkdaşlığında yeni bir mərhələ açdı

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın inkişafında yeni bir mərhələ açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov xatırladıb ki, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalandı: “Bu sənədlər iki ölkə arasında əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır”.

Millət vəkili vurğulayıb ki, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir.

O bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin inkişafı təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox əhəmiyyətlidir.

Bənzər yazılar

Back to top button