İdman

Türkiyə millisinin yeni baş məşqçisi o olacaq

AVRO-2024-ün seçmə mərhələsində D qrupunda mübarizə aparan Türkiyə futbol millisinin son nəticələrdən sonra baş məşqçisi Stefan Kuntsla yollarını ayırdığı iddia edilir.

Yeniavaz.com xəbər verir ki, “Fanatik” nəşri artıq yeni baş məşqçinin də bəlli olduğunu yazıb.

İddiaya görə, bu şəxs ötən mövsüm “Adana Dəmirspor”u çalışdıran italiyalı baş məşqçi Vinçenzo Montelladır.

Xatırladaq ki, Türkiyə millisi D qrupunun 5-ci matçında doğma meydanda Ermənistanla 1:1 hesablı heç-heçə edib. İki gün sonra isə Yaponiyaya yoldaşlıq görüşündə 4:2 hesabı ilə uduzub.

Bənzər yazılar

Back to top button