İdman

Ronaldu Lüksemburqla oyunda rekord müəyyənləşdirdi

DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turunun oyununda Lüksemburqu 5:0 hesabıyla yenən Portuqaliya yığmasının superulduzu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

Fanat.az xəbər verir ki, millimizin də yer aldığı A qrupunun matçında het-trik edən Ronaldu milli formayla 10-cu dəfə bir oyunda 3 qol vuraraq 2019-cu ildə özünün müəyyənləşdirdiyi rekordu yeniləyib.

Qeyd edək ki, Portuqaliyanın digər qollarını Brunu Fernandeş və Joau Palinya vurub.

Bənzər yazılar

Back to top button