Bizim seçimCəmiyyətHadisə

Gəncədə partlayış zamanı ölənlər vəzifəli şəxsin yaxın qohumları imiş

Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş dəhşətli partlayışda ölən ana və oğlu İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin yaxın qohumları imiş.

AzToday.az publika.az-a istinadən xəbər verir ki, qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından meyiti çıxarılan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı direktorun gəlininin anası, yəni qudasıdır. Hadisə nəticəsində 47 yaşlı qadının oğlu, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlu da həlak olub.

Bildirilir ki, Nigar Tağıyeva həmin mənzildə yaşamırmış və ora qonaq gedibmiş.

Qeyd edək ki, partlayış nəticəsində binanın bir hissəsi çöküb, ümumilikdə 3 nəfər vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər yazılar

Back to top button