Bizim seçimSiyasət

Taleh Bağırzadənin portretini cıran müsavatçı kimdir? (VİDEO)

İsveçrədə yaşayan mühacir jurnalist Laçın Məmişov Müsavat Partiyasının rəhbərliyi ilə bağlı ifşaedici məlumatlar paylaşmaqda davam edir.

AzToday.az xəbər verir ki, məlumatlarda Müsavat rəhbərliyi saxta partiya biletləri, arayışları və məhkəmə qərarları, “təqib olunan siyasi fəallar” haqqında məqalələrin yerləşdirilməsi, Almaniya hökumətinə təqdim olunmaq üçün bir nüsxəlik saxta qəzetlər, vizalar hazırlanması, qanunsuz miqrasiya, insan alveri və şantaj məsələlərində ittiham olunur. Həmçinin, Almaniyada yaşayan mühacir müsavatçı Mehdi Xəlilbəylinin Azərbaycan hakimiyyəti ilə biznes əlaqələri də Laçın Məmişovun paylaşdığı məlumatlarda əksini tapıb.

Müsavat rəhbərliyi hələlik Laçın Məmişovun səsləndirdiyi ittihamlara rəsmən cavab verməyib.

Laçın Məmişovun son paylaşdığı videoda Mehdi Xəlilbəylinin siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə göstərdiyi münasibət ifşa olunub. Həmin videonu təqdim edirik:

Bənzər yazılar

Back to top button