Cəmiyyət

Sinoptiklər yaxın günlərdə hava şəriaitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edir

Milli Hidrometeorologiya Xidməti 2023-cü il iylun 8-dən 11-inə kimi ölkədə mövcud olacaq hava şərati barədə xəbərdarlıq məlumatı yayıb.

Məlumata görə, 2023-cü il iyulun 10 səhərdən 11-i axşama kimi Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Rayonlarda iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyinin ayın 8-i gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bənzər yazılar

Back to top button