AZAL 9 yeni “Boeing 787 Dreamliner” almağı planlaşdırır

by Aztoday Xəbər Portalı

AZAL Dövlət Şirkəti yeni “Boeing 787 Dreamliner” təyyarələri almağı planlaşdırır. O bu barədə oktyabrın 14-də dövlət şirkəti rəhbəliyinin “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrində vitse-prezidenti Monte Freyzer ilə danışıqları zamanı bildirib. Görüşdə həmçinin Boeing-in satış üzrə direktoru Volkan Eser də iştirak edib.

AZAL-ın mətbuat üçün məlumatında qeyd edildiyi kimi, həmsöhbətlər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Müvafiq təklif baxılmaq üçün Azərbaycan İnvestisiya Holdinqinə təqdim olunacaq. Hazırda AZAL iki “Boeing 787-8 Dreamliner” istismar edir.

Qeyd edək ki, bir gün öncə AZAL 2030-cu ilə qədər 20 yeni “AirBus” təyyarəsinin alınacağı barədə planlarını açıqlayıb.

Bənzər Yazılar