Putinin amerikalı jurnalistlə maraqlı dialoqu: “Gözəl qadındır, amma…” (VİDEO)

by Aztoday Xəbər Portalı

Prezident Vladimir Putin Rusiya Enerji Həftəsi Forumunun plenar iclasında sessiyanın moderatoru CNBC-nin aparıcısı Hadli Qeymblla (Hadley Gamble) maraqlı dialoq yaşayıb.

AzToday.az Baku.ws-ə istinadla xəbər verir ki, amerikalı jurnalist Putindən Rusiyanın Avropaya qaz tədarükü barədə soruşub.

Putin cavab olaraq bildirib ki, amerikalı jurnalist onun dediklərinə qulaq asmır:

“Qarşımda mənim dediklərimi eşitməmiş kimi sualı təkrarlayan gözəl bir qadın var. Cavabı təkrarlayacağam. Heç kim qulaq asmaq istəmir. İstədikləri Rusiyaya qarşı ittihamlar irəli sürməkdir”.

Bənzər Yazılar