Linqard Mourinyudan danışdı: “FaceTime”da zəng edib…

by Aztoday Xəbər Portalı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Cessi Linqard (Jesse Lingard) baş məşqçi Joze Mourinyu (Jose Mourinho) ilə bağlı təəssüratlarını bölüşüb.

Fanat.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə “The players tribune” portalında yazıb:

“Joze Mourinyu oyunçularının zədələnməsini sevmirdi. Hətta bu barədə eşitmək belə istəmirdi. Mən zədələnəndə deyə biləcəyim tək şey “Bu mənim günahım deyil, patron!” idi.

Ümumiyyətlə, Joze ilə aramızda çox yaxşı münasibət vardı. Mənə yaxşı münasibət göstərirdi. Zədələnməmişdən əvvəl mənə güvənirdi, vacib oyunlar üçün məni siyahıya salırdı. Birgə kuboklar qazandıq. Mourinyu məni qalib etdi.

Futbolçularla şəxsi ünsiyyətdən də çox zövq alırdı. Bəzən telefonuma baxanda gözlənilmədən “FaceTime”da zəng etdiyini görürdüm. Qəribə idi. Zəng vurub soruşurdu: “Cessi, nə edirsən?” Deyirdim “Heç dincəlirəm. Televizora baxıram”. Arada sükut yaranırdı. Sonra soruşurdum ki, “Siz nə edirsiz?”… (gülür)… Mənim üçün çox gülməli idi. Futbolçular üçün çox narahat olurdu.”

Xatırladaq ki, Mourinyu 2016-2018 illərdə “Mançester Yunayted” klubunu çalışdırıb.

Bənzər Yazılar