Siyasət

Hüquq müdafiəçisi Georgi Vanyan vəfat edib (Video)

Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan oktyabrın 15-də Tbilisidəki Amtel klinikasında vəfat edib. Bu barədə Tbilisidəki mənbələr məlumat yayıb və Vanyanın Ermənistandakı həmkarları məlumatı təsdiq edib.

Oktyabrın 9-da o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Son illər Vanyan Tavuş vilayətinin sərhəddə yerləşən Tsaxkavan kəndində yaşayırdı.

Onun təsis etdiyi Tekali prosesi (Gürcüstan, Ermənistan və Azərbaycanın sərhədində) bir neçə il boyunca üç ölkənin – Gürcüstan, Ermənistan və Azərbaycan ictimaiyyət nümayəndələrinin görüş və müzakirələrinin keçirildiyi yer olub. O, həmçinin Ermənistanda Azərbaycan filmləri festivalı təşkil etməyə çalışıb, buna görə onu ölümlə hədələyiblər.

Uzun illər boyunca Vanyan soydaşlarını azərbaycanlılarla barışmağa və Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etməyə çağırıb. O, həmçinin Xocalı soyqırımını pisləyən ilk erməni olub. Bu səbəbdən Vanyan təqib edilirdi, o, Yerevanı tərk etmək və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bir neçə ildir o, qazancını taksi sürücüsü işləyərək əldə edirdi. (Turan)

Bənzər yazılar

Back to top button