İdman

AFFA-nın 100 min dollarlıq reklam müəmması – TRT-yə sorğu göndərildi

Türkiyənin TRT1 kanalında yayınlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb: “Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında…Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub”.
Əldə etdiyimiz məlumata görə, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: “Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək”.

Bənzər yazılar

Back to top button