Qarabağ qazisi Prezidentin adından sui-istifadə faktının nəzarətə götürməsini Dövlət Başçısından xahiş etdi

by Aztoday Xəbər Portalı

Bakı Apellyasiya Məhkəməsində CBS Sport televiziyasının operatoru Yusif Şəfiyevin məhkəməsi oktyabrın 20-də davam edəcək. Yusifin ailəsindən verilən məlumata görə prosesin qapalı keçirilməsi haqqında qərar qəbul edilib ki, bu da onları narahat edir. Onlar hesab edirlər ki, Bakı Ağır Cinayətlər məhkəməsində 8 aydan çox davam edən proses də qapalı keçirilib və elə bu da imkan verib ki, prosesdə zərərçəkmiş qismində iştirak edən AZTV-nin əməkdaşı Vəfa Ağabalayevanın xeyrinə küllü miqdarda pozuntulara yol verilsin.

Aldığımız məlumata görə, məhkəmənin qapalı keçirilməsini Vəfa Ağabalayeva tələb edib. Əsas kimi, işin materiallarında ona aid olan çoxlu sayda intim foto və videomaterialların olduğu və məsələnin onun şəxsi həyatına aid olduğu göstərilir.

Təqsirləndirilən şəxsin atası vəkilləri İlqar Rüstəmova istinadən bildirir ki, məhkəmə prosesinin predmeti həmin foto və videolar yox, şantaj faktının olub-olmamasıdır. Və bütün proses boyu məhz bu məsələ müzakirə olunur. Atanın dediklərindən görünür ki, ilkin instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxsin günahı sübuta yetirilməyib. Əksinə, dinləmələr zamanı həm zərərçəkmiş qismində çıxış edən Vəfa Ağabalayeva, həm onun anası, şahid qismində prosesə cəlb olunan Zərnişan Kərimovanın ifadələrində çoxlu ziddiyyətlər və açıq-aşkar yalanlar aşkar olunub. Lakin həmin prosesə sədrlik edən hakim Mahmud Ağalarov buna göz yumub və yekun qərarı hazırlayarkan həmin faktları ört-basdır etməyə cəhd göstərib.

Yusifin atasının fikrincə Vəfa Ağabalayeva və onun havadarları bu prosesdə həmin üsuldan, yəni hakimə və prokurora təsir etməklə şərlədikləri insana cəza hökmünün kəsilməsinə nail olmaq istəyirlər. Məhkəmənin qapalı keçirilməsi tələbinin əsassız olması isə belə izah olunur.

“Aylarla qapalı keçirilən ilkin instansiya məhkəməsində heç bir foto və video nümayiş olunmayıb. Bunu nə zərərçəkən, nə də təqsirləndirilən şəxs istəyib. Bu prosesdə də onların nümayiş etdirilməsi gözlənilmir. Çünki onların hazırlanması, keyfiyyəti və s. müzakirə obyekti deyil. İttiham şantaj faktının mövcudluğu üzərində qurulub. Qarşı tərəfin prosesin qapalı keçirilməsi tələbi də bu faktın olmamasının ictimaiyyət qarşısında aşkar sübut olunacağından qorxmasından irəli gəlir. Çünki Məhkəməyə ittiham olunan tərəfindən təqdim olunan faktlar ittihamın şər və böhtan üzərində qurulduğunu birmənalı şəkildə sübut edir. Və beləliklə də, Vəfa Ağabalayeva və onun havadarlarının bir Azərbaycan gəncini, bir Qarabağ döyüşçüsünün oğlunu, bir televiziya əməkdaşını, 3 uşağ atasını şərlədikləri bütün xalqa məlum olacaq ki, onlar da bunun qarşısını almaq üçün bütün mümkün üsullardan istifadə edirlər”,- deyə Yusif Şəfiyevin atası öz fikirlərini bölüşür.

Qaldı şəxsi həyat anlayışına, bunun həm hüquqi, həm də siyasi baxımdan təfsilatı oxşardır. Sizin şəxsi həyatının elə sizin şəxsi azadlığınız kimi başqasının şəxsi həyatına və azadlığına qarışdığı, təcavüz etdiyi zaman artıq bitmiş olur. Vəfa Ağabalayevanın keçmiş əri Fərruxla olan münasibəti ən azından onların ikisinə, Yusif Şəfiyevlə olan münasibəti isə ən azı onların ikisinə aiddir. Amma bu fakt məhkəmə qarşısına çıxarılırsa, birinin (Vəfa Ağabalayevanın) öz azadlığından, çalışdığı yerin adından (AZTV) və havadarlarının imkanlarından istifadə edərək digərini şərləyib ləkələməsi həyata keçirilirsə, digərinin isə əli-qolu həbslə bağlıdırsa, məsələ artıq şəxsi münasibətlər müstəvisindən çoxdan çıxmış olur.

Yusif Şəfiyevin ailəsinin məsələ ilə bağlı yalnız bir istəyi var: Haqq-ədalət öz yerini tutsun!

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı dəfələrlə çəkildiyindən, biabırçı haqsızlığın həyata keçirildiyi proses zamanı Prezidentin adına istinad olunduğunu, bununla da həmin şəxslərin (Prezidentin adını çəkən Vəfa Ağabalayevanın və bu amili “əlində bayraq edən” hakim və prokurorun) Dövlət Başçısının özünün imicinə belə xələl gətirməkdən çəkinməyərək haqsız hökm çıxardıqlarından, ƏDALƏTİN təmin olunmasını naminə Dövlət Başçısına müraciət edən Yusifin atası prosesin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürülməsini xahiş edir!

Bənzər Yazılar