İdman

“Salah Messiyə çevrilir” – Lineker

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker, “Liverpul” un hücumçusu Məhəmməd Salahı Lionel Messi ilə müqayisə edərək tərifləyib.

Fanat.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə şəxsi “Twitter” səhifəsində yazıb: “Əla! Mo Salah Messiyə çevrilib. Salahda çox sevdiyim şeylərdən biri də, matçın necə getməsindən asılı olmayaraq, həmişə üzündə təbəssümlə oynamasıdır. Gözəl bir futbolçu və gözəl bir insan”

Xatırladaq ki, dünən, oktyabrın 16 -da İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Liverpul” səfərdə “Uotford”la oyunda misirli futbolçu 1 qol vurub və məhsuldar ötürmə edib. Oyun “qırmızılar”ın 5: 0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button