Siyasət

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

“Bugün 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirakı ilə ADR Partiyasının təsis qurultayı keçirildi. Qurultay partiyanı təsis etdi, Nizamnamə və Proqramını qəbul etdi, sədrini, MNTK üzvlərini seçdi, Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdrımaq üçün ALi Məclisə səlahiyyət verdi.

Mən növbəti 4 il üçün partiyanın sədri seçildim”.

AzToday.az-ın xəbərinə görə, bu barədə Qubad İbadoğlu bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq” – Q.İbadoğlu qeyd edib.

Bənzər yazılar

Back to top button