CəmiyyətGündəmManşet

Stalinin əmri ilə salınan meşə zolağı məhv edilir – Muxtar Babayev nazirliyi idarə edə bilmir, yoxsa… (VİDEO)

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan özbaşnalığlar səngimək bilmir.

Bu barədə kendtv.info məlumat yayıb.

Məlumatda deyilir:

-Hazırda dövriyyədə olan, amma real vəziyyətdə mövcud olmayan əkinlərin invertazasiyası aparılır. Özlərindən saxta statiskalar yazıllar.

-Məktəb və uşaq bağçalarına oduncaq vermə adıyla meşələrdən “işlik” materiallar satılır.

-Hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində olan dövlət meşə fondunda taxıl əkinləri əkilir.
– 28 oktyabr 2021-ci il tarixdə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində bəzi işçilərin attestasiya olacaq. Abturab Bağırov da sözügedən atesssiyada prosesində iştirak edib bilik səviyyəsi yoxlananlardan biri olacaq.
Abturab Bağırov deyib ki, Ekologiya Nazirinin müavinləri Vüqar müəllimlə Firdovsi müəllim bizə əvvəlcədən atessadiyada düşən sualları verəcək və onun üçün, lazım olan kitabları oxumuruq: vaxtımızın məhdud olduğu və yarddaşımızın zəiflədiyi üçün.

-Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev ondan şikayət verən işçilərin evlərinə xahişə adam (seyid, hacı, kərbəlayı və s.) yollatdırıb, şikayətçidən şikayətləri dayandırmasını xahiş etdirir və öz adından bilditdirir ki, mən də bunun müqabilində ona elə bir iş verəcəm ki, işə gəlmədən hər ay pensioner kimi evdə oturaraq hazır pul alacaq (Yəni, çibində iş kartı olacaq), təki şikayət eləməsin.

Kendtv.info xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan cinayətkar dəstə üzvlərindən bir də Mərkəzin direktor müavini-baş meşəbəyisi Faiq Əmimovdur.

F.Əmişov 2018-ci ildən 2020-ci il tarixinə kimi Mərkəzin baş əkin mühəndisi vəzifəsində çalışıb. İşlədiyi dönəmdə dövriyyədə olan əkinlərə həmişə saxta sənəd və statiskalar yazıb, sonra isə dövlət büdcəsindən taladığı əkin pullarının köməkliyi ilə birdən gəlib direktor müavini-baş meşəbəyi vəzifəsinə təyin olunur.
Bu insan həmişə Mərkəzə əkinləri yoxlamağa gələnlərə düzgün olmayan yerləri göstərərək səhv məlumatlar verib.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çəmi bir yerdə yaxşı əkin var ki, o da Göytəpə meşəbəyliyinin 19 saylı dolayındadır. F.Əmişov gələn yoxlamaları və nümayəndələri aldadaraq həmişə sözügedən dolayda olan əkini göstərməyə aparır və onlara “budur bizim nümunəvi əkin”-bildirir.

F.Əmişovun çirkin əməlləri tək bununla bitmir. Bu insan dövlət meşə fondu torpağların satan şəxslərdən biridir.

Mərkəzdə olan sənədləşmə saxtakarlığında bu insanın da əli vardır. Həmişə əkinlərə saxta naryadlar yazdırır, saxta qırma sahələrinin hazırlanması və s.. Bir ay olar ki, Ekologiya Nazirliyinin auditi MRMTM-də yoxlamada olan zaman F.Əmişov və digər işçilərin işlərində çoxlu qanunsuzluqlar aşkar etdilər və bu barədə hələ də bir tədbir görülməyib.

Bənzər yazılar

Back to top button