Dünya

Çində sel səbəbindən 230 min insan təxliyə edildi

Çinin cənub vilayətlərində aramsız yağışlar nəticəsində yaranan sel səbəbindən 230 minə yaxın insan təxliyə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Sinxua Agentliyi Çinin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Yağış və sel səbəbindən 2 milyon 630 min nəfərin zərər çəkdiyi qeyd olunan xəbərdə 1300 evin dağıldığı bildirilib.

Təbii fəlakət bölgəyə 4 milyard yuan (təxminən 566 milyon dollar) maddi zərər vurub.

Quansi-Çjuan Muxtar Rayonunda sel səbəbindən 6 nəfər ölüb, 1 nəfər isə itgin düşüb. Hunan əyalətində isə 7 nəfərin öldüyü, 1 nəfərin iykin düşdüyü deyilir. Həmçinin Quicou əyalətində təbii fəlakət səbəbindən 8 nəfər ölüb və ya itkin düşüb.

Bənzər yazılar

Back to top button