Baş prokuror yeniyetmənin təcavüzə məruz qalması üzrə işi nəzarətə götürüb

by Aztoday Xəbər Portalı

Yetkinlik yaşına çatmamış Sənay Qəhrəmanlının təcavüzə məruz qalması ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsilə başlanan cinayət işi baş prokurorun şəxsi nəzarətinə götürülüb. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Bu barədə Baş Prokurorluqda sözügedən iş üzrə sorğuya cavab verərkən bildiriblər.

Qeyd olunub ki, zəruri istintaq tədbirləri həyata keçirilir. Həmçinin kütləvi informasiya vasitələri, eləcə də sosial şəbəkə istifadəçiləri bu cür həssas mövzuların işıqlandırılması zamanı etik normalara və qanunvericiliyin tələblərinə əməl etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırılıb.

Bundan öncə yeniyetmənin anası yazıçı Zümrüd Yağmur bu cinayətdə öz qohumunu günahlandırıb, guya o, öz qurbanına narkotik maddə qəbul etdirib.

Yağmur bildirib ki, istintaq təcavüzkarın cəzalandırılması üçün real araşdırma aparmayıb.

Yaqmurun çıxışı sosial şəbəkələrdə rezonans doğurub və fəallar Baş Prokurorluqdan obyektiv istintaq tələb ediblər.

Yeniyetmənin atası tanınmış siyasətçi, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıdır.(Turan)

Bənzər Yazılar