Hadisə

Elnur Əşrəfoğlu vəfat etdi

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Bu barədə Qaynarinfo-ya “Yeni Klinika”dan məlumat verilib.

“Həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib”, – klinikadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button