Dünya

“Putinlə danışıqların mənası yoxdur” – Bayden

“Rusiya diktatorunun Ukraynada genişmiqyaslı işğalı həyata keçirmək qərarı tamamilə fəlakətli və yanlış idi. Müharibənin demək olar ki, 7 ayı ərzində Putin çoxlu hərbi cinayətlər törədib. Onunla danışıqların mənası yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ prezidenti Co Bayden deyib.

“Düşünürəm ki, onun məqsədləri rasional deyildi. Düşünürəm ki, o, qucaq açaraq qarşılanacağına, Kiyevin Rusiyanın ana vətəni olduğuna və onu qarşılayacağına inanırdı. Və məncə, bütün bunları tamamilə səhv hesablayıb”, – Bayden deyib.

Amerika prezidenti qeyd edib ki, gələn ay İndoneziyada keçiriləcək G20 sammitində Putinlə danışıqlar üçün heç bir ilkin şərt görmür.

“Bu, onun tam olaraq nə haqqında danışmaq istəməsindən asılı olacaq”, – deyə Bayden bildirib.

Bənzər yazılar

Back to top button