İdman

Xavi “Barselona”dan ayrılmağa qərar verdi – Özü açıqladı

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılmaq qərarını açıqlayıb.

Fanat.az xəbər verir ki, “Diario Sport” Xavinin “Vilyarreal”a məğlub (3:5) olduqları görüşdən sonra dediklərini belə çatdırıb:

“Mən “Barsa” üçün problem deyil, həll yolu olmaq istəyirəm. Düşünürəm ki, iyun ayına qədər klomandada qalmalıyam. Mən doğru şeyi etdiyimi hiss edirəm. Bu, sağlam düşüncədir. İndi dinamika çox mənfidir və mən buna izahat tapa bilmirəm. Düşünürəm ki, hər kəs üçün ən yaxşısını edirəm. Mən prezident, Deku, oyunçular haqqında düşündüm… Onlar dinamika, istiqamət dəyişikliyinə layiqdirlər.

Enerjim var və hesab edirəm ki, La Liqada liderdən 10 xal geridə qalsaq da, mübarizə apara bilərik. Növbəti oyuna hazırlaşıram. “Mən sərin oğlunam və bu klubu sevirəm”, – bunu prezidentə dedim.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından “Barselona”nı çalışdırır. 43 yaşlı mütəxəssisin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button