Siyasət

Saxlanılan beş erməni İrəvana təhvil verilir – FOTO/VİDEO

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.

“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparır.

Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir.

Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi.

“Caliber” əlavə edib ki, ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.

https://t.me/caliber_az_official/3513

Bənzər yazılar

Back to top button