İdman

“Barselona” 1,5 milyardlıq layihəsini həyata keçirməyə hazırlaşır

La Liqa nəhəngi “Barselona” böyük bir layihə həyata keçirməyə hazırlaşır.

AzToday.az “Milliyet”e istinadən xəbər verir ki, Katalon klubu stadion və basketbol salonunun da yenilənməsi daxil olmaqla “Espai Barça” layihəsini həyata keçirmək niyyətindədir.

Klub rəhbərliyi bununla bağlı tanışlıq xarakterli təqdimat da keçirib. Təqdimatda “Barselona” prezidenti Xuan Laporta klubun idarə heyətinin üzvlərinin razılıq verməsindən sonra 1,5 milyard avroluq kreditlə tikinti işlərinə başalaya biləcəklərini açıqlayıb. Laporta layihənin həyata keçirilməsindən sonra klubun gəlirlərinin 66 faiz artacağını, nəticədə yüksək səviyyədə rəqabətə girə biləcəklərini deyib. Məsələ ilə bağlı qərarın oktyabrın 23-də keçirilən iclasda veriləcəyi açıqlanıb.

“Barselona”nın köhnə stadionu “Kamp Nou” 1957-ci ildə açılıb. Bu stadion eyni zamanda Kataloniya Milli Komandasının oyunlarına da ev sahibliyi edib. 1982-ci ildə isə dünya çempionatına görə stadionun azarkeş tutumu 125 min nəfərə yüksəldilib. Dünya çempionatından sonra say məcburən azaldılıb. 2010-cu ildə həcm yenidən artırılaraq 100 min nəfərə çatdırılıb.

Layihənin həyta keçiriləcəyi təqdirdə xalq arasında “Kamp Nou” adlandırılan “Estadi Del Futbol Club Barcelona” Avropanın ən böyük 3-cü stadionu olacaq. Bu baxımdan ilk sıralarda “Mey Dey” və “Salt Leyk” stadionları yer alır.

Bənzər yazılar

Back to top button