İdman

“Fənərbağça” “Qarabağ”ın istədiyi futbolçunu heyətdən kənarlaşdırdı

“Qarabağ”ın transfer gündəmində olan Alper Potuk “Fənərbaxça”nın heyətindən kənarda qalıb.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçinin adı İstanbul təmsilçisi milli üzvünün adını federasiyaya göndərilən iştirak ərizəsinə salmayıb. 29 yaşlı orta sahə oyunçusu əsas komandadan uzaqlaşdırılıb və mövsümün sonuna qədər “sarı-lacivərdli” formanı geyinməyəcək.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Alper Potuk üçün danışıqlar apardıqlarını təsdiqləmişdi: “Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan “yox” cavabı aldıq. Görünən odu ki, alınsa Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin”.

Onu da qeyd edək ki, Azərbaycanda transfer dönəmi başa çatdığından, “Qarabağ” yalnız azad agent statusu daşıyan oyunçularla anlaşa bilər.

Bənzər yazılar

Back to top button