Türkiyədə dörd rusiyalı casusluğa görə həbs edildi: Onları bu cəza gözləyir

by Aztoday Xəbər Portalı

Türkiyə hərbi və siyasi casusluq ittihamı ilə dörd rusiyalını həbs edib.

Qaynarinfo “Hurriyet”ə istinadla xəbər verir ki, Türkiyədə dörd rus, bir ukraynalı və bir özbək hərbi və siyasi casusluq, habelə çeçen müxalifətçilərinə hücum hazırlamaq ittihamı ilə həbs edilib.

Qəzet həbs olunanların adlarını da qeyd edib: rusiyalılar Abdulla Abdullaev, Rövşən Əhmədov, Beslan Rasaev və Aslanbek Abdulmuslimov, Ukrayna və Özbəkistan vətəndaşları İqor Yefrim və Əmir Yusupov. Onları 15-20 il həbs cəzası gözləyir.

RİA Novosti-nin Türkiyə hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatların rəsmi təsdiqi yoxdur.

Bir müddət əvvəl agentliyin mənbəsi Türkiyədə əcnəbilərə hücum hazırlamaq və casusluq etməkdə şübhəli bilinən 6 nəfərin saxlanıldığını, hamısının Çeçenistandan olduğunu bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, rusiyalıların saxlanılması ilə bağlı Kremldə heç bir məlumat yoxdur.

Bənzər Yazılar