İdman

“Danışmaqdansa, meydanda göstərirəm” – Romelu Lukaku

“Roma”nın “Çelsi”dən 1 mövsümlük icarəyə götürdüyü Romelu Lukaku paytaxt təmsilçisindəki uğurlu startı barədə danışıb.

Fanat.az xəbər verir ki, “canavarlar”ın forması ilə bütün turnirlərdə çıxdığı 8 matçda 7 qol vuran 30 yaşlı belçikalı fikirlərini klubun rəsmi saytına bölüşüb:

“Roma” Lukakudur? Yox, “Roma” elə “Roma”dır. Əvvəl də dediyim kimi, biz komandayıq və mükəmməlləşməliyik. Çətin durumdayıq. Azarkeşlərimiz və şəhər üçün yaxşı oynamalıyıq. Qələbəyə görə şadam.

Formada olmağımın sirri nədədir? Mən peşəkaram. Yayda məndən danışanlar çox idi. Susmağa üstünlük verirəm. Danışmaqdansa, nəyə qadir olduğumu meydanda göstərir, komandama kömək etməyə çalışıram. Belə davam etməliyik”.

Qeyd edək ki, A Seriyasının 8-ci turunda “Roma” səfərdə “Kalyari”ni 4:1 hesabı ilə yenib. Lukaku komandasının qələbəsinə dublla töhfə verib.

Bənzər yazılar

Back to top button