Gənclərin İnkişafı və Karyera Mərkəzində qanun pozuntusu: 340 min vergi borcu olan MMC necə qalib elan edilib?
Gənclərin İnkişafı və Karyera Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti növbəti satınalmaya yekun vurub.
Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-də ofis binasının daxilində təmir işləri aparacaq “Trust 2018” MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, maddi-texniki bazası, mühənis heyəti, müvafiq lisenziyaları barədə heç bir məlumat verilmir.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə iddiaçı qismində iştirak edən təşkilatlar sifarişçi təşkilatın tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də vergi borcunun olmaması haqqında arayışdır.
Görünür, “Trust 2018” MMC Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-nin tender komissiyasına vergi borcunun olmaması barədə əlaqədar qurumlardan aldığı həqiqi arayışı təqdim etməyib, ya da əksinə sifarişçi təşkilatın tender komissiyası belə bir arayış olmadan “Trust 2018” MMC-ni qalib elan edib. Hər iki halda sözügedən satınalmanın şəffaflığı ciddi sual altına alınır.
Qeyd edək ki, Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb.
Mərkəzinin baş direktoru Ramtik Alızadədir.