CəmiyyətSiyasət

Sabah seçicilərə bildirişlərin paylanması müddəti başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

Trend-in məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər Səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən paylanılır.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriş çap olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button