Şəhid yoldaşına qovuşan Günel Ələsgərova (VİDEO)

by Aztoday Xəbər Portalı

Avtomobil qəzasında həyatını itirən, Vətən Müharibəsi şəhidi Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərova yaxınlarının yanında dəfn edilib.

O həyat yoldaşının anım mərasimində iştirak etmək üçün Zərdaba gedərkən qəza baş verib. Qəza zamanı avtomobildə olan ailənin kiçik övladı sağ qalıb.

Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunan şəhid mayor ölümündən sonra “Qarabağ” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər Yazılar