Siyasət

Təbrizin yeni fars valisinə Türk şilləsi – SEPAH generalının təqdimat mərasimində skandal (VİDEO)

Cənubi Azərbaycanın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunmuş fars ostandar – valinin təqdim olunması mərasimində skandal olay baş verib.

“AzPolitika.info” xəbər verir ki, internet resurslarında yayılan videoda general-vali Zeynəlabedin Xorrəm mərasimdə çıxış edərkən səhnəyə çıxan bir nəfərin onun sifətinə şillə vurduğu görünür. Həmin şəxs mühafizəçilər tərəfindən dərhal zaldan çıxarılır. Sosial mediada onun Türk olduğu, Təbriz əyalətinə fars əsilli generalın vali təyin edilməsinə bu üsulla etiraz etdiyi bildirilir.

General-vali Zeynəlabedin Xorrəm isə mətbuata onu vuran şəxsi bağışladığını bildirib. “Suriyada düşməndən hər gün o qədər kötək yemişik, gülləyə tuş gəlmişik ki, bu əməl onun yanında heç nədir”, – deyə o qeyd edib.

Sosial şəbəkələrdə o da xəbər verilir ki, Z.Xorrəmi vuran onun keçmiş silahdaşı, polkovnik Əyyub Əlizadə olub.

Xatırladaq ki, İran Nazirlər Kabinetinin qərarı ilə, İslam İnqilabının Keşikçilər Korpusunun zabiti olan Z.Xorrəm bir neçə gün əvvəl Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.

Bənzər yazılar

Back to top button