GündəmSağlamlıq

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 22 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu gün koronavirus (COVID-19) əleyhinə 33 186 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 310 597 təşkil edir.

Bənzər yazılar

Back to top button