Hadisə

Qardaşı oğlu evindən 490 min manatlıq oğurluq etdi

Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birində olan seyfdən 5 000 000 rubl, 128 800 dollar, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 490 000 manatdan çox maddi ziyan vuran E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi qənimətləri isə onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Back to top button