Siyasət

Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyi təsdiqləndi

Rusiya Federasiyasının Qazaxıstandakı keçmiş səfiri Mixail Boçarnikov Azərbaycanda Rusiya diplomatik missiyasına rəhbərlik edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “TASS”a parlamentdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, M.Boçarnikovun namizədliyi bu gün MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr işləri üzrə Dövlət Dumasının profil komitəsi tərəfindən təsdiqlənib.

M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib. 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilib.

Bənzər yazılar

Back to top button