İdman

“Buna görə yalnız biz cavabdehik” – Kriştianu Ronaldu

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul”dan aldıqları ağır yenilgiyə münasibət bildirib.

Fanat.az xəbər verir ki, portuqaliyalı superulduz 0:5 hesablı məğlubiyyətin ardından “Instagram”da paylaşım edib:

“Bəzən uğrunda mübarizə apardığımız nəticəni qazana bilmirik. Hərdən tabloda istəmədiyimiz hesab yazılır. Buna görə biz və yalnız biz cavabdehik. Başqa kimisə günahlandırmağa dəyməz. Fanatlarımız yenə də möhtəşəm görünürdülər. Bizi sonadək dəstəklədilər. Tərəfdarlar daha yaxşı nəticələrə layiqdirlər və biz onların onların istədiyini etməliyik. Vaxtdır!”

Qeyd edək ki, “Old Trafford”dakı matçın ikinci yarısında Ronaldu rəqib qapısına yol tapsa da, hakim VAR-a baxandan sonra qolu ləğv edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button