Hadisə

Ağdaş Mərkəzi Xəstəxanasından şikayət: 4 gündür nə maska, nə su verirlər

Ağdaş rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrə diqqət göstərilmir.

AzToday.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib. Onun sözlərinə görə, orada müalicə alan koronaya yoluxmuş bacısı

Məlikova Gülsabah 4 gündür nə maska, nə də su ilə təmin olunub:

“Ağdaş rayon xəstəxanasının nəzdində korona xəstəxanasından zəng gəldi. Korona xəstələri – ağır və yüngül keçirən xəstələr eyni palatada yerləşdirilib. Xəstələr maska və su ilə təmin edilmir. Bu, həm də orada çalışan tibb işçilərinin həyatı üçün təhlükəlidir”.

Hüquq müdafiəçisi Ağdaş rayon deputatından bu məsələni diqqətdə saxlamağı xahiş edib:

“Cavid Osmanovdan bu məsələni diqqətdə saxlamağı xahiş etmişəm. Problemi hüquq müdafiəçisi Cingiz Qənizadənin də nəzərinə çatdırıram”.

Bənzər yazılar

Back to top button