Saakaşvilinin ikinci xanımının “Qordon”a müsahibəsi: “Düzünü desəm…” (VİDEO)

by Aztoday Xəbər Portalı

“Mən onun böyük oğluyla, Mixailin anasıyla, qalan ailəsi ilə tanışam, məsələn, əmisi. Bir-birimizi dəfələrlə görmüşük. Bu, heç də sirr deyildi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri “Xalqın qulluqçusu” partiyasından olan Ukraynanın xalq deputatı, Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatları İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko “QORDON” nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, indi Saakaşvili Gürcüstanda həbsdədir, ancaq o, Mişanın anası Qiuli Alasaniya ilə əlaqə saxlayır.

“Anası ilə əlaqə saxlayırıq. Mən indi Gürcüstanda olanda bir-birimizi gördük. Təbii ki, o, çox narahatdır. Çox ağıllı qadındır, universitetə rəhbərlik edir, çox yaxşı reputasiyası var, insanlar onu çox sevirlər…. Əlbəttə, bununla belə, mən o xanımın vəziyyətindən və səhhətindən narahatam, çünki oğlunun, sevdiyiniz birinin başına belə şey gələndə çox çətin olur”, – Yasko bildirib.

“Mən Mixaili Gürcüstana getməkdən çəkindirmişəmmi? Düzünü desəm, yox. Bunun nə qədər vacib olduğunu bilirdim. Bilirdim ki, insan bir şeyi çox istəyirsə, mənim vəzifəm ona dəstək olmaqdır. Mən də siyasətçi və ölkəsi ilə çox güclü əlaqəsi olan bir insan kimi düşünürəm ki, bu, xalqı qarşısında yüksək, nəcib bir işdir. Beləcə, mən də onu dəstəklədim”, – millət vəkili deyib.

Yasko 1990-cı ildə Kiyevdə anadan olub. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini (burada siyasi elmlər üzrə magistr dərəcəsi alıb) və Oksford Universitetinin Blavatnik Dövlət İdarəçilik Məktəbini bitirib.

Yasko ilə Saakaşvili arasındakı münasibətlər 1 oktyabr 2021-ci ildə Saakaşvilinin Gürcüstanda saxlanıldığı gün üzə çıxıb. Daha sonra Yasko Saakaşvili ilə “bir-birini sevdiklərini və dəstəklədiklərini” söylədiyi bir video yayımlayıb.

Video yayılandan sonra Saakaşvilinin 1993-cü ildən evli olduğu Sandra Rulofs siyasətçiyə dəstək yazısı yazıb, lakin qeyd edib ki, videonun məzmunu onun üçün “gözlənilməz”, forması isə “tamamilə qəbuledilməzdir”.

Həm Saakaşvili, həm də Yasko münasibətlərinin hər ikisi artıq sərbəst olduğu zaman başladığını iddia edirlər. “Bəyan etmək istəyirəm ki, mənim bütün əvvəlki münasibətlərim bitib. Və bir neçə ay əvvəl mən və Liza Yasko ilə taleyimizi birləşdirmişik. Biz uzun müddət tam tərəfdaşlar ailəsi kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi hekayəsidir”, – Mixail Saakaşvili deyərək, hamını özünün və “dərin məhəbbət və hörmətlə” yanaşdığı Rulofsun şəxsi həyatına hörmət etməyə çağırıb.

Maraqlananlar üçün video-müsahibəni təqdim edirik:

Bənzər Yazılar