GündəmManşetSiyasət

“Hizbullah”ın qurucusundan Qarabağla bağlı inanılmaz çıxış: “Yalançısan, İran”

Livandakı “Hizbullah” radikal şiə təşkilatının qurucularından biri olan şeyx Tufeyli İranın Qarabağda baş verənlərə münasibəti haqda sensasion açıqlamalar verib.

Virtualaz.org xəbər verir ki, Şeyx Tufeyli “Anadolu” agentliyinə müsahibəsində bu haqda danışıb.

Ermənistanın 1990-cı illərdə Qarabağı işğal etdiyi zamanlarda İranda olduğunu xatırladan şeyx bildirib ki, o zaman Tehrandakı siyasətçilər və İran mətbuatı bu işğala dəstək verirdi. Şeyx Tufeyli Ermənistanın baş nazirinin “İranın dəstəyi olmasaydı 1990-cı ilin əvvəllərində Ermənistan ordusu məğlub olardı” sözlərini də xatırladıb. Deyib ki, İran Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana hərbi və logistik dəstək verirdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“O vaxt (90-cı illərin əvvəllərində) İran xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. “Sizlər nəyə görə xristian erməniləri bu məzlum müsəlmanlara qarşı dəstəkləyirsiniz” deyə soruşdum. Mənə verdiyi cavab hərfən bu cür oldu: Ermənistan SSRİ-dən ayrılan Azərbaycan, Türkmənistan və digər türk cümhuriyyətləri ilə Türkiyə arasında bir əngəl təşkil edir. Dolayısıyla Ermənistana dəstək verərək gücləndirəcəyik ki, Türkiyənin önünü qapatmış olsun. O zaman Azərbaycan hələ yeni dövlət qururdu və oraada İsrail adına heç nə yox idi”,-Şeyx Tufeyli deyib.

Livanlı şiə alimi onu da bildirib ki, İran 1996-cı ildə İsraillə anlaşma imzalayaraq işğal altındakı Fələstin torpaqlarında heç bir İsrail əsgərinə zərər verməyəcəyi haqda öhdəlik götürüb. “Bu gün İsrailə görə Azərbaycanla problem yaşadığını deyirsən, amma yalançısan. İranın siyasəti dürüst deyil, dağıdıcı siyasətdir. Bu səbəblə İranın siyasətinin çoxunun heç özünə də fayda vermədiyini görə bilərik”,-o vurğulayıb.

Şeyx Tufeyli “Hizbullah”ı quranlardan biri olub və bu təşkilatın ilk baş katibidir. Lakin 1992-ci ildə “Hizbullah”la yollarını ayırıb.

Bənzər yazılar

Back to top button