Siyasət

Ərdoğanın ikinci Qarabağ səfəri və iki strateji hədəf

Ərdoğan Füzuliyə gəlir: ikinci Qarabağ səfərinin iki ana hədəfi var.

Birinci hədəf – Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Qarabağda ilk praktiki mesajı verir.

– Ərdoğanın Qarabağa ilk səfərində (15 iyun) müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və bəyannamə Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da qarantı – bölgədə Azərbaycanın təhlükəsizliyinin zamini olması idi;

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

– Şuşa Bəyannaməsinin regionda güc balansını dəyişməsinin ardınca Əliyev 7 iyul Fərmanı ilə Qarabağ iqtisadi rayonunu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaratdı: bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır;

– Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir: mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır, eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır.

İkinci hədəf – nəqliyyat dəhlizləri uğrunda mübarizə.

Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Zəngəzur dəhlizi açıldıqdan sonra:

1. Yüklər hava limanına daha rahat şəkildə gətirilə və dəhliz vasitəsilə Türkiyəyə, o cümlədən, əks-marşrut üzrə daşına biləcək;

2. Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzrə əhəmiyyətli marşrutdur: dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyakı geosiyasi dəyişiklikdə əlini gücləndirəcək və Füzuli hava limanının istifadəyə verilməsi Orta Dəhlizdə Bakı və Ankaranın həyata keçirdiyi vacib “ev tapşırığı” hesab oluna bilər; Ərdoğanın birbaşa təyyarə ilə hava limanına enişi bunun praktiki nümayişidir;

3. Ərdoğan və Əliyev Orta Dəhliz üzərində vacib “ev tapşırığı”nın icrası ilə Zəngəzur dəhlizinin reallaşmasında beynəlxalq mövqelərini də gücləndirir: səfərin Soçidə Ərdoğan-Putin görüşündən sonra olması da təsadüfi deyil.

4. Və Türkiyə liderinin birbaşa Füzuliyə – hava limanına gəlişi İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır:

– Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcək;

– Azərbaycana qarşı təhdid Türkiyəyə qarşı təhdiddir.

Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button