GündəmSağlamlıq

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2266 yeni yoluxma faktı qeydə alınıb, 1194 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 26703 nəfərdir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, ötən müddət ərzində isə ümumilikdə 5 131 033 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 41233 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9424902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5086757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4338145 təşkil edir.

Bənzər yazılar

Back to top button