İdman

“Real”ın əfsanələri bir araya gəlir – 14 il sonra

“Sevilya” yayda komandadan ayrılacağı ehtimal edilən Kike Sançez Floresin yerinə potensial baş məşqçi axtarır.

Fanat.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Əndəlus klubunun baş məşqçi postuna namizədlər siyahısında Madridin sabiq futbolçusu Raul Qonsales də var.

Raul 2019-cu ildən “Kral klubu”nun ikinci komandası olan “Kastilya”nı çalışdırır.

Qeyd edək ki, əfsanəvi forvard 2005-2010-cu illərdə hazırda “Sevilya”da oynayan müdafiəçisi Serxio Ramosla birlikdə “Real”da çıxış edib.

“Sevilya” La Liqada 31 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button